YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şamaxıda Milli Qurtuluş Günü qeyd olunub

Şamaxı rayonunda 15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib.

Tədbir ümummilli lider Heydər Əliyevin və Azərbaycanın Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb.

YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı bildirib ki, 1993-cü il iyunun 15-i tariximizə Milli Qurtuluş Günü kimi daxil olub. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycanı böyük bəladan - parçalanma təhlükəsindən qurtardı.

Həmçinin o da vurğulanıb ki, Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın müsbət beynəlxalq imici formalaşıb, ərazi bütövlüyümüz təmin olunub.

Tədbirdə çıxış edən rayon ağsaqqalı Ağarza Bayramov, Şamaxı Gənclər və İdman İdarəsinin rəisi Şahmar Hüseynov, YAP Şamaxı rayon təşkilatı 9 saylı ərazi partiya təşkilatının sədri Şasəddin Mikayılov və 6 saylı ərazi partiya təşkilatının sədr müavini Aytac Hacıyeva da ulu öndər Heydər Əliyevin Azərbaycan qarşısındakı əhəmiyyətli xidmətlərindən danışıblar.

Sonda “Qurtuluşa gedən yol” adlı film nümayiş olunub.