YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Laçın rayon Taxtakörpü qəsəbə tam orta məktəbində “Son zəng” çalınıb

Laçın rayon Taxtakörpü qəsəbə tam orta məktəbində “Son zəng” qeyd olunub.

Tədbirdə Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri İlqar İlyasov, Laçın Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Mirzəyev, Şərqi Zəngəzur Təhsil İdarəsinin Laçın rayonu üzrə təhsil sektorunun müdiri Nicat Həsənov, məktəbin kollektivi və valideynlər iştirak ediblər.

Tədbirdə çıxış edən YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov məzunları təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra məktəb məzunlarının iştirakı ilə mahnı və rəqslərdən ibarət kompozisiyalar və maraqlı proqram nümayiş etdirilib.