YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Neftçalada “Ulu Öndərin qurtuluş missiyası” adlı tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının və Neftçala Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunan “Ulu Öndərin qurtuluş missiyası” adlı tədbir keçirilib.

Tədbirdə YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev, Neftçala Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Vasif Əliyev, rayonda fəaliyyət göstərən idarə, müəssisə rəhbərləri və partiya fəalları iştirak ediblər.

Əvvəlcə ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Milli Qurtuluş Gününə həsr edilən sənədli film nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev dövlətçiliyimizin məhv olmaq təhlükəsindən xilas olunduğu tarixi hadisənin - Milli Qurtuluş Gününün əhəmiyyətindən danışıb. O, ulu öndər Heydər Əliyevin xalqın çətin anında liderlik missiyasını öz üzərinə götürdüyünü, ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi üçün misilsiz töhfələr verdiyini xüsusi qeyd edib.

Neftçala Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Vasif Əliyev və digər çıxış edənlər qurtuluşdan başlayan tarixi yolun bu gün Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyiblər.