YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elnur Məmmədov: Gənclər öz bacarıqları və çalışqanlıqları ilə dövlətimizin inkişafına böyük töhfələr verirlər

Dünyanın hər yerində gənclər ölkələrinin ictimai həyatlarında fəal iştirak edirlər. Gələcək gənclərindir. Onlar öz bacarıqları və çalışqanlıqları ilə dövlətimizin inkişafına böyük töhfələr verirlər. Azərbaycanda Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsi fəaliyyət göstərir və bu qurum vasitəsilə dünyanın hər yerindən gənclərlə ünsiyyət yaradılır. Bu ilin iyulunda Gənclər Şəbəkəsinin sammiti keçiriləcək.

Bu fikirləri xarici işlər nazirinin müavinin Elnur Məmmədov iyunun 13-də Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin nümayəndələri ilə görüşündə deyib.

Pandemiyanın ağır təsirlərindən danışan nazir müavini bildirib ki, dünyada olduğu kimi, ölkəmizdə də həyat normal axarına düşür. E.Məmmədov vurğulayıb ki, elm, təhsil və başqa sahələrdə gənclərə əlverişli imkanların yaradılması vacib məsələlərdəndir.