YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Abdulla Şahid: Dünyada insan hüquqları, münaqişələr və iqlim dəyişikliyi haqqında ciddi düşünmək lazımdır

Dünyada insan hüquqları, münaqişələr və iqlim dəyişikliyi haqqında ciddi düşünmək lazımdır. Gələcəyin hərəkətverici qüvvəsi kimi gənclərin üzərində də müəyyən mənada məsuliyyət düşür.

Bu fikirləri BMT Baş Assambleyasının 76-cı sessiyasının prezidenti Abdulla Şahid iyunun 13-də Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin nümayəndələri ilə görüşündə söyləyib.

Abdulla Şahid vurğulayıb ki, gələcək gənclərindir və onlar öz ideyaları, optimist fikirləri ilə gələcəyi qurmaq istiqamətində dəstəklərini ifadə edirlər.

Dünyanın bir çox yerlərində, Əfqanıstanda, Suriyada və Ukraynada münaqişələr baş verdiyini diqqətə çatdıran BMT rəsmisi deyib: “Siz öz münasibətlərinizi bildirməlisiniz, çox fəal olmalısınız. Hər şeyin yaxşı olması üçün səylərinizi ortaya qoymalısınız. Mən gənc diplomatlar üçün xüsusi proqram hazırlamışam. Gənclərin səsi hər yerdə eşidilməlidir”.

Abdulla Şahid hər zaman gənclərlə əməkdaşlığa, onların təkliflərini dinləməyə hazır olduqlarını qeyd edib.

DİGƏR Xəbərlər Arxiv