YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Samuxda Milli Qurtuluş Günü qeyd olunub

Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatında 15 İyun - Milli Qurtuluş Günü münasibəti ilə tədbir keçirilib.

Tədbir iştirakçıları öncə ulu öndər Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzüb, xatirəsini ehtiramla yad ediblər.

Tədbiri giriş sözü ilə açan Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev bildirib ki, 1993-cü il iyunun 15-də ulu öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, inkişafın sarsılmaz təməlləri qoyuldu.

YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov öz növbəsində söyləyib ki, Ulu Öndərin qurtuluş missiyalı qayıdışı Azərbaycan xalqının itirilmiş inamını özünə qaytardı, sabaha, işıqlı gələcəyə olan ümidini artırdı. Məhz ümummilli lider Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra ölkədə ilk demokratik prezident seçkiləri keçirildi. 1993-cü il oktyabrın 3-də Azərbaycan xalqı yekdilliklə öz böyük oğlunu ölkənin prezidenti seçdi. Qeyd olunub ki, Azərbaycanın müstəqilliyinə və ərazi bütövlüyünə qəsdlər təşkil edən cinayətkar qruplaşmalar cəmiyyətdən təcrid edildi. Nizami ordu quruculuğuna başlanıldı və ərazimizin bütövlüyü uğrunda 44 günlük Zəfər yürüşünün əsası qoyuldu. 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi” imzalanması ilə yeni neft strategiyasının həyata keçirilməsinə başlanıldı.

DİGƏR Xəbərlər Arxiv