YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Göygöldə 15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir təşkil olunub

Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatı Qızılca kənd ərazi partiya təşkilatında 15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Tədbirdə çıxış edən YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev bildirib ki, 1993-cü ilin 15 iyunu Azərbaycan xalqının tarixinə əlamətdar günlərdən biri kimi daxil olub. Görkəmli dövlət xadimi ulu öndər Heydər Əliyevin topladığı zəngin idarəçilik təcrübəsi ölkəmizi dağılmaq təhlükəsindən xilas edib.

Qeyd olunub ki, Heydər Əliyev siyasi kursu bütün istiqamətlərdə Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması, möhkəmləndirilməsi və inkişaf etdirilməsi prinsiplərinə söykənir. 2003-cü ildən bu siyasi kursu inamla davam etdirən Prezident İlham Əliyev Ulu Öndərin milli dövlətçilik fəlsəfəsinə istinad edir. Ulu Öndərin zaman baxımından başa çatdıra bilmədiyi bütün işlər Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən layiqincə yerinə yetirilir. Bunu torpaqlarımızın işğaldan azad olunması və Möhtəşəm Zəfərin əldə olunması sübut edir.

Qızılca kənd ərazi partiya ərazi partiya təşkilatının sədr müavini Mehparə Qasımova və digər partiya fəalları da Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Milli Qurtuluş Gününün əhəmiyyətindən danışıblar.

Tədbirin sonunda partiya sıralarına yeni qəbul olunmuş bir qrup şəxsə üzvlük vəsiqələri təqdim olunub.