YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar İskəndərov: Şuşa bəyannaməsi qardaşlığımızın tarixində yeni bir mərhələ yaratdı

“Şuşa bəyannaməsinin imzalanmasından artıq 1 il keçir. Bu bəyannamə qardaşlığımızın tarixində yeni bir mərhələ yaratdı. Çünki qardaşlığımız bütün dünyaya bir daha rəsmi formada təqdim olundu”. Bu fikirləri Milli Məclisin deputatı Vüqar İskəndərov söyləyib. 

Vüqar İskəndərov bildirib ki, Bəyannamə sayəsində Türkiyə və Azərbaycan münasibətləri rəsmən müttəfiqlik zirvəsinə ucaldı: “Bu sənəddə bir çox məqamlar öz əksini tapıb ki, bu sahələr də olduqca strateji önəm daşıyır. Müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir. Ancaq burada nəzərdə tutulan məqamlardan ən əsası hərbi əməkdaşlıq, regional əhəmiyyət daşıyan iqtisadi layihələr və s. Çünki hazırda Türkiyənin hərbi gücü bütün dünyanın diqqətini cəlb edir. Biz isə belə bir ölkə ilə həm müttəfiq, həm də qardaşıq. Bu isə bizim də istər istəməz hərbi gücümüzə müəyyən təsir edəcək. Çünki onlardan alınan hərbi texnikalar 44 günlük Vətən müharibəsində də gördüyümüz kimi müasir texnologiyaların ən öndə gedən formalarındandır. Bu baxımdan qardaş ölkənin həm müasir silahlarından, həm də təcrübəsindən yararlanmaq düşünürəm ki, Azərbaycanın gücünə güc qatacaq.”