YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

BMT-nin Budapeştdəki ofisinin əməkdaşı Bakının məcburi köçkünlərin geri qaytarılmasına hazırlaşmağa yönəlmiş səylərini yüksək qiymətləndirib

BMT-nin Qaçqınların İşləri üzrə Ali Komissarının (UNHCR) Budapeşt ofisinin əməkdaşı Çan Con Azərbaycanda məcburi köçkünlərin 2020-ci ildə Bakının nəzarəti altına qaytarılmış rayonlarda öz evlərinə qayıtmaları üçün şərait yaradılmasına yönəlmiş işi yüksək qiymətləndirib.

Ofisin nümayəndəsi ANAMA agentliyi tərəfindən əcnəbi tərəfdaşlarla əməkdaşlıq şəraitində böyük iş aparıldığını qeyd edib.

Çan Con deyib: “Azərbaycan milli agentliyi təhlükəli qurğularla çirkləndirilmiş ərazilərin minalardan təmizlənməsi üzrə sanballı təcrübə toplayıb. Agentliyin öz təcrübəsinə baxmayaraq, xaricdəki tərəfdaşlarla qarşılıqlı fəaliyyət də diqqətdən kənardan qalmır və yüksək səviyyədədir. Əlbəttə, genişmiqyaslı bərpa işləri də sevindiricidir. Yeni obyektlərin tikintisi və müharibə nəticəsində dağıdılmış infrastruktur obyektlərinin bərpası insanların öz evlərinə qayıtmaları üçün iqtisadi stimul yaradılması baxımından böyük əhəmiyyət kəsb edir. Deyə bilərəm ki, Azərbaycan hökuməti 28 il ərzində qanuni sakinlərinin ayağı dəyməyən bu ərazilərin tezliklə bərpası və tədricən dirçəldilməsi üçün zəruri şərait yaradılmasından ötrü qüvvə və vəsaitlərini əsirgəmir.