YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Strasburqda AŞPA-nın yaz sessiyası işə başlayır

Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası işə başlayır.
Aprelin 24-dək davam edəcək sessiyada Ukraynadakı vəziyyət, İŞİD terrorçu qruplaşmasının fəaliyyətinin nəticələri, Rusiyanın AŞPA-dakı nümayəndə heyətinin dondurulmuş mandatına yenidən baxılması, Monako ilə monitorinq sonrası dialoq, Avropa İnsan Haqları Konvensiyasının səmərəliliyi və digər mövzularda fikir mübadiləsi aparılacaq.
Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, təşkilatda daimi nümayəndə heyətimizin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi deputat qrupu sessiyada iştirak edəcək.
Nümayəndə heyətinə deputatlardan Sevinc Fətəliyeva, Rövşən Rzayev, Elxan Süleymanov, Rafael Hüseynov, Qənirə Paşayeva, Aydın Abbasov, Sabir Hacıyev, Sahibə Qafarova və Fazil Mustafa daxildir.
Sessiyada nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və deputatlar çıxış edəcək, gündəlikdəki məsələlərə münasibət bildirəcəklər.