YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sabunçu “15 İyun - Milli Qurtuluş Günü” və “Şuşa İli”nə həsr olunmuş tədbir keçirilib

Bakı Gənclər Mərkəzində Sabunçu Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Bakı Gənclər Mərkəzi, Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatı və Sabunçu qəsəbəsi 67 saylı tam orta məktəbin təşkilatçılığı ilə “15 iyun-Milli Qurtuluş Günü” və “Şuşa İli”nə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Milli Məclisin deputatı Əliabbas Salahzadə, Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, Bakı şəhər Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavinləri,  YAP Sabunçu rayon təşkilatının nümayəndələri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, QHT-lərin rayon təşkilat rəhbərləri, rayonun təhsil və mədəniyyət müəssisələrinin əməkdaşları iştirak ediblər.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb, əziz xatirəsi ehtiramla yad edilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.  

Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı A.Vəliyev bildirib ki, Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan və daim xalqına arxalanan ulu öndər Heydər Əliyevdir. Hakimiyyət böhranının 1993-cü ilin iyununda kulminasiya nöqtəsinə çatdığından söz açan A.Vəliyev o vaxtlar ölkədə xaos, anarxiya yarandığını və vətəndaş müharibəsinin baş qaldırdığını xatırladıb.

A.Vəliyev 1991-1993-cü illəri ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi xatırlandığını vurğulayaraq Ulu Öndərin hakimiyyətə gəlişi ilə ötən illər ərzində Azərbaycanın böyük inkişaf yolu keçdiyini və bu inkişaf strategiyasının məhz ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirildiyini, bu gün isə Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.

Çıxışlardan sonra Ümummilli Liderin siyasi fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbir Sabunçu qəsəbəsi 67 saylı tam orta məktəbin şagird və müəllim heyətinin ifasında ölkəmizdə yaşayan azxalqlı nümayəndələrin folklorunu əks etdirən mahnı və rəqslərindən ibarət musiqi festivalı ilə davam edib.