YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağstafada “Narkomaniya cəmiyyət üçün ən böyük təhlükədir” mövzusunda maarifləndirici tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının, rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Həsənsu kənd tam orta məktəbində yuxarı sinif şagirdlərinin iştirakı ilə “Narkomaniya cəmiyyət üçün ən böyük təhlükədir” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini İsa Məmmədov, rayon Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, Ağstafa rayon Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova, Həsənsu kənd tam orta məktəbinin müəllim kollektivi, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə məktəblilərə narkomaniya haqqında məlumat verilib, onun ümumbəşəri bir problem olduğu bildirilib, ölkəmizin bütün qüvvə və imkanlarını səfərbər edərək bu bəlanın kökünün kəsilməsi istiqamətində aparılan beynəlxalq mübarizəyə qoşulmasından, gənclərin sağlamlığının daim diqqətdə saxlanmasından geniş bəhs olunub. Həmçinin qeyd edilib ki, artıq narkotik asılılıq dünyada müxtəlif əhali qrupları arasında geniş yayıldığına görə sırf tibbi problemdən sosial problemə çevrilib. Problemin həllinə xidmət edən mühüm addımlardan biri qabaqlayıcı tədbirlərin görülməsi, o cümlədən maarifləndirmə işinin lazımi səviyyədə qurulmasıdır. Əsas məqsəd yeniyetmələrimizin və gənclərimizin belə zərərli vərdişlərdən uzaq durmalarına nail olmaqdır. Narkomaniyaya qarşı məqsədyönlü mübarizə ümumxalq işinə çevrilməlidir.

Tədbir müzakirə formatında davam edib, məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

DİGƏR Xəbərlər Arxiv