YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid Sübhan Cəfərovun doğum günü qeyd olunub

Ağsu rayonunda Vətən müharibəsi şəhidi Cəfərov Sübhan Mehman oğlunun doğum günü qeyd olunub.

Ağsu Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Ağsu rayon təşkilatının nümayəndələri, partiya üzvləri, şəhidin ailə üzvləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri Sübhanın məzarını ziyarət edib, önünə gül dəstələri düzüb və ruhuna dualar oxuyublar.

Sübhanla eyni məzarlıqda uyuyan Birinci Qarabağ və Vətən müharibəsi şəhidlərinin də məzarları ziyarət olunub, əziz xatirələri ehtiramla anılıb.

Daha sonra tədbir iştirakçıları şəhid Sübhan Cəfərovun ailə üzvlərini ziyarət edərək, onlara dərin hüznlə başsağlığı veriblər. Söhbət zamanı şəhidimizin keçdiyi şərəfli həyat və döyüş yolundan geniş bəhs edilib.

Şəhidin ailəsi dövlət səviyyəsində onlara göstərilən diqqət və qayğıya görə Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Sübhan Cəfərov 2020-ci il oktyabrın 10-da Talış kəndinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən o, ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.