YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aureliya Qriqoriuya ölkələrin ərazi bütövlüyünün müdafiəsinə görə mükafatlar təqdim edilib

Azərbaycanın Kişineudakı səfirliyində Moldova Respublikasının parlament vəkili (ombudsmanı) Aureliya Qriqoriuya Kiyev Patriarxatının Ukrayna Pravoslav Kilsəsinin 3-cü dərəcəli Müqəddəs Apostola bərabər knyaz Böyük Vladimir ordeni, habelə Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının Fəxri üzvü Qızıl nişanı təqdim olunub.
Ölkəmizin diplomatik nümayəndəliyindən bildiriblər ki, A.Qriqoriu bu mükafatlara insan hüquqlarının, ölkələrin ərazi bütövlüyünün müdafiəsi sahəsində çoxillik səmərəli fəaliyyətinə görə layiq görülüb. Kiyev Patriarxatının Ukrayna Pravoslav Kilsəsinin 3-cü dərəcəli Müqəddəs Apostola bərabər knyaz Böyük Vladimir ordenini Şərqi Moldova yepiskopu Filaret, Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının Fəxri üzvü Qızıl nişanını bu təşkilatın sədri E.Məmmədov təqdim edib.
Təltifetmə mərasimində Azərbaycanın Moldovadakı fövqəladə və səlahiyyətli səfiri Namiq Əliyev, diplomatlar, dini icmaların, Moldova ictimaiyyətinin, KİV-lərin nümayəndələri, Azərbaycan diasporunun fəalları iştirak ediblər.