YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cəlilabadda 15 İyun - Milli Qurtuluş Gününə həsr edilmiş tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Cəlilabad rayon təşkilatında 15 İyun - Milli Qurtuluş Gününə həsr edilmiş “Çağdaş tariximizin dönüş nöqtəsi” mövzusunda konfrans keçirilib.

Əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin Cəlilabad şəhərinin mərkəzi parkında ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Tədbir Ulu Öndərin və şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Daha sonra çıxış edən YAP Cəlilabad rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı “Milli Qurtuluş Günü”nün tarixi, ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qurulması, inkişafı və möhkəmləndirilməsində müstəsna xidmətləri, ölkəmizin iqtisadi, siyasi və mədəni təşəkkülündəki rolundan danışıb, Ulu Öndərin ideyalarının əbədiyaşar olduğunu vurğulayıb.

Partiya fəalları da Ulu Öndərin xilaskarlıq missiyasından, Şanlı Ordumuzun qazandığı böyük zəfərin əhəmiyyətindən bəhs ediblər.