YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Şuşa İli”nə həsr olunmuş “Zəfərin mübarək, Vətən!” adlı tədbir keçirilib

Qarabağ Regional Təhsil idarəsinin Şuşa rayonu üzrə təhsil sektorunun təşkilatçılığı ilə Şuşa rayon 7 nömrəli tam orta məktəbdə “Şuşa İli”nə həsr olunmuş “Zəfərin mübarək,Vətən!” adlı tədbir keçirilib.

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimova, bacısı Kəmalə Həşimova, şəhid mayor Xəyal Məmmədovun həyat yoldaşı Röyalə Məmmədova, Şuşa Rayon İcra Hakimiyyətinin başçısının müavini Vüsalə Fətəliyeva, Yeni Azərbaycan Partiyası Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev, Şuşa rayonu üzrə təhsil sektorunun əməkdaşı Rəsmiyyə Məmmədova, Uşaq Yaradıcılıq İnkişaf Mərkəzinin nümayəndələri, rayonun idarə, müəssisə rəhbərləri, təhsil işçiləri və partiya fəalları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan təhsil sektorunun əməkdaşı Rəsmiyyə Məmmədova “Şuşa İli” ilə bağlı məktəbdə təşkil edilən silsilə tədbirlərdən, sərgi və müsabiqələrdən danışıb. Bildirib ki, təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan və bu il 270 illiyi qeyd olunacaq Şuşa şəhəri zəngin inkişaf yolu keçib, Azərbaycanın, bütün Cənubi Qafqazın mədəni, ictimai-siyasi həyatında müstəsna rol oynayıb.

Daha sonra çıxış edən RİH başçısının müavini Vüsalə Fətəliyeva və YAP Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev söyləyiblər ki, tarixi Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında düşmənə sarsıdıcı zərbələr vurulub, şəhidlərimizin qisası alınıb.

Tədbirdə çıxış edən şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimova şəhid ailələrinin və müharibə əlillərinin hərtərəfli qayğı ilə əhatə olunması üçün dövlətimizin davamlı işlər apardığını bildirib və Prezident İlham Əliyevə şəhid ailələri adından minnətdarlığını ifadə edib.

Tədbirin bədii hissəsində şagirdlərin ifasında şeirlər, mahnılar səsləndirilib və maraqlı səhnəciklər nümayiş olunub.

DİGƏR Xəbərlər Arxiv