YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Abşeron rayonunda şəhid Əli Əliyevin doğum günü qeyd edilib

Xalqımızın Zəfər qazandığı 44 günlük Vətən müharibəsində igidliklə döyüşərək şəhidlik zirvəsində ucalan, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “İgidliyə görə” medallarına layiq görülən Əliyev Əli Ələsgər oğlunun 25-ci doğum günü qeyd edilib.

Anım tədbirində Abşeron Rayon İcra Hakimiyyətinin əməkdaşları, Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının fəalları, şəhid ailələri və Qobu qəsəbə ictimaiyyəti iştirak edib.

Mərasim iştirakçıları şəhid Əli Əliyevin Qobu qəsəbəsindəki məzarını ziyarət edib, ruhuna dualar oxuyublar.

Şəhidimizin keçdiyi döyüş yolundan danışılıb, onun göstərdiyi xidmətlərdən və şücaətlərdən bəhs edilib.

Sonra şəhidin şəhidin ailəsinə baş çəkib, onların qayğıları və problemləri ilə maraqlanıblar.

Şəhid Əli Əliyevin yaxınları ölkəmizdə şəhid ailələrinə dövlət səviyyəsində böyük diqqət və qayğının göstərildiyini söyləyib, buna görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyeva təşəkkürlərini bildiriblər.