YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pirallahı rayonunda “Şuşa İli”nə həsr edilmiş ədəbi-bədii tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı “Süleyman Bağırov 3” ünvanı nda üzrə ərazi partiya təşkilatında “Şuşa İli”nə həsr edilmiş “Vətənim, Azərbaycanım, Şuşam” adlı ədəbi-bədii tədbir keçirilib.

Tədbirdə YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov, Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev iştirak ediblər.

Konsert proqramı “İpək yolu” kamera orkestrinin və “Ada” instrumental ansamblının müşayiəti ilə keçirilib. Məktəblilərin ifasında milli musiqilərimiz, muğamlarımız səsləndirilib, ədəbi-bədii kompozisiyalar təqdim olunub.