YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanla Bolqarıstan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə tədbir keçirilib

İyunun 6-da Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində Azərbaycan və Bolqarıstan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə tədbir və sərgi keçirilib.

Bu barədə Nazirliyin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Tədbirdə Azərbaycanın Xarici İşlər Nazirliyinin rəhbər heyəti, Bolqarıstanın ölkəmizdəki səfirliyinin rəhbərliyi və əməkdaşları, Milli Məclisin deputatları və digər qonaqlar iştirak ediblər.

Hər iki ölkənin dövlət himnlərinin səslənməsi ilə başlayan tədbirdə çıxış edən Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov iki ölkə arasında münasibətlərin və əməkdaşlığın bugünkü səviyyəsinin məmnunluq doğurduğunu ifadə edib. Ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi, energetika, informasiya texnologiyaları, təhlükəsizlik, turizm, kənd təsərrüfatı, nəqliyyat sahələrində inkişaf edən ikitərəfli münasibətləri vurğulayan nazir müavini Xələf Xələfov beynəlxalq təşkilatlar çərçivəsində də siyasi əlaqələrimizin inkişaf etdiyini bildirib. İki ölkə arasında strateji xarakter daşıyan münasibətləri xarakterizə edən Xələf Xələfov, dövlətlərimiz arasında beynəlxalq hüququn təməl prinsiplərinə, o cümlədən sərhədlərin toxunulmazlığı, suverenlik və ərazi bütövlüyünə qarşılıqlı hörmətə əsaslanan dost münasibətlərin mövcud olduğunu qeyd edib.

Daha sonra çıxış edən Bolqarıstanın Azərbaycandakı səfiri Nikolay Yankov ölkələrimiz arasında qarşılıqlı hörmət əsasında dost münasibətləri saxlandığını və əlaqələrin son 30 il ərzində dinamik inkişafını məmnunluqla qeyd edib. Səfir iki ölkə arasında diplomatik münasibətlərin əsasının 1992-ci ildə qoyulmasına baxmayaraq əlaqələrimizin tarixinin bundan daha qədim olduğunu ifadə edib. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun bu il mayın 31-dən və iyunun 1-dək Bolqarıstana baş tutmuş rəsmi səfərini xatırladan səfir, sözügedən səfər çərçivəsində iki ölkənin xarici işlər nazirlərinin rəhbərliyi ilə Azərbaycan-Bolqarıstan Strateji Dialoqunun ikinci iclasının keçirilməsini, Azərbaycanın xarici işlər nazirinin, həmçinin Bolqarıstanın Prezidenti, Baş naziri və Xalq Məclisinin sədri ilə önəmli görüşlərinin keçirildiyini bildirib. Ölkələrimiz arasında ikitərəfli əlaqələrin əsas məqamlarını özündə əks etdirən sərginin təşkilinə görə təşəkkürünü ifadə edən səfir Nikolay Yankov, Azərbaycan və Bolqarıstan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə öz təbriklərini çatdırıb, dövlətlərimiz arasında mövcud olan dostluq və qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsini arzulayıb.

Tədbirin sonunda iştirakçılar Azərbaycan və Bolqarıstan arasında diplomatik münasibətlərin 30 illiyinə həsr edilmiş sərgi ilə tanış olublar.