YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın şaxələndirilmiş ixrac marşrutları iqtisadi maraqlarımızı təmin edir

Rafiq Əliyev

YAP Yevlax rayon təşkilatının sədri

Cənubi Qafqaz regionunda 21-ci əsrin ən qüdrətli dövlətinə çevrilmiş Azərbaycan dünya miqyasında sabit iqtisadiyyata və mühüm geostrateji mövqeyə malik olan, qlobal enerji təhlükəsizliyinin təminatında vacib rol oynayan bir dövlət kimi xarakterizə olunur. Ölkəmiz eyni zamanda sivilizasiyalararası dialoqun, multikulturalizmin mərkəzinə, siyasi, iqtisadi, humanitar və digər sahələrdə qlobal məsələlərin müzakirə olunduğu məkana çevrilib. Bu gün Azərbaycan beynəlxalq və regional əməkdaşlığa böyük töhfələr verir. Güclü dövlətimizin təşəbbüsü və iştirakı ilə qlobal enerji layihələri uğurla icra edilir.Beləliklə birmənalı olaraq vurğulanmalıdır ki, Cənubi Qafqazın lideri statusunu daşıyan Azərbaycan artıq mövcud olduğu regionda hadisələrin inkişaf istiqamətini müəyyən edən aparıcı rola malikdir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda son illərdə qeyri-neft sektorunun inkişafının təmin olunması, iqtisadiyyatın müxtəlif sahələrinin şaxələndirilməsi, ölkəmizin ixrac potensialının artırılması, xarici investisiyanın cəlb edilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində bir sıra önəmli layihələr icra olunub. Partiyamızın Sədri, dövlətimizin başçısı cənab İlham Əliyev bərpa olunacaq yaşayış sahələrində müasir iqtisadi və texnoloji innovasiyaların tətbiqini xüsusi diqqət mərkəzində saxlayır. Bu isə Qarabağın yaxın gələcəkdə “ağıllı region” kimi dünyada tanınacağına əlverişli şərait yaradır. İşğaldan azad olunmuş bütün yaşayış məntəqələri üçün bərpa və yenidənqurma layihələrinin işlənməsi tikinti-abadlıq işlərinin Qarabağın bütün ərazisində eyni vaxtda aparılacağından xəbər verir. Bunun üçün dövlət tərəfindən nəzərdə tutulmuş vəsaitlərin böyük bir hissəsi artıq icraçı şirkətlər üçün ayrılıb. Yaxın onillikdə Qarabağ ərazisi həm yerli və həm də xarici şirkətlərin geniş fəaliyyət meydanına çevriləcək. Cənab İlham Əliyevin bildirdiyi kimi, ilk növbədə, Qarabağın azad olunması uğrunda 30 il ərzində aparılmış mübarizədə Azərbaycanın haqq işini dəstəkləmiş bütün ölkələrin şirkətləri ərazilərin bərpa layihələrinin icrasında üstünlük hüququndan faydalanacaqlar. Məhz Türkiyə, Pakistan və İtaliya şirkətlərinin artıq bir sıra layihələr üzrə fəaliyyətə başlaması bunun əyani göstəricisidir.

Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimin keçirilməsi, Socar və BP-nin strateji tərəfdaşlığının, ümumilikdə isə Azərbaycanın iqtisadi inkişaf istiqamətində atdığı növbəti addımların göstəricisidr. Tədbirdə çıxış edən cənab Prezident xüsusi məqamlara toxunaraq qeyd etdi ki, Azərbaycan müstəqillik illərində öz enerji təhlükəsizliyinə sərmayə yatırıb, daxili bazarda tələbatları tam təmin edib və sayı artan ölkələrin enerji təhlükəsizliyində get-gedə daha mühüm rol oynamağa çalışır. Müstəqilliyimizin ilk illərində vəziyyət belə olmayıb. Həmçinin bildirmək istərdim ki, artıq 27-ci dəfədir keçirilən Xəzər Neft və Qaz Sərgi və Konfransı qlobal enerji şirkətlərinin o vaxt müstəqilliyini yenicə qazanmış, bir çox çətinliklərlə üzləşmiş, ərazisinin əhəmiyyətli hissəsi işğal olunmuş və bir çox çağırışlarla üzləşmiş Azərbaycana diqqətinin cəlb edilməsində çox əhəmiyyətli rol oynayıb.

Bəli, həqiqətən də Azərbaycan artıq beynəlxalq səviyyədə özünəməxsus imici olan etibarlı tərəfdaş ölkələr sırasındadır.  Həmin sərgidə 30 müxtəlif ölkəni təmsil edən 249 şirkətin iştirakı da ölkəmizlə əlaqələrin inkişafına olan marağın bariz nümunəsidir.  2003-cü ildən başlayaraq ümummilli liderin davamlı iqtisadi inkişaf modeli dahi Heydər Əliyev məktəbinin istedadlı yetirməsi möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla və yaradıcılıqla inkişaf etdirilir. Daxili və xarici siyasət sahəsində qazanılan uğurlara, həmçinin neft strategiyasının reallaşdırılması, ölkədə makroiqtisadi sabitliyin davamlılığının təmin edilməsi sayəsində möhtəşəm nəticələrə görə cənab İlham Əliyev xalqın şəksiz liderinə çevrilmişdir. Qürur hissi ilə söyləmək olar ki, bu gün Partiyamızın Sədri, Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi nəticəsində Azərbaycan tarixi nailiyyətlər qazanıb, dövlətimizin qüdrəti artıb, ölkənin siması bütünlüklə dəyişmişdir.