YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İsxak Hersoq: Azərbaycan əsrlər boyu yəhudi xalqı üçün isti, qonaqpərvər və təhlükəsiz bir ev olub

Ötən həftə baş tutan səmimi və səmərəli söhbətimizdən çox sevindim. Bu cür təmaslar əlaqələrimizin sıx olduğunu və inkişaf etdiyini göstərir.

Bu fikir İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə göndərdiyi təbrik məktubunda yer alıb.

Dövlətimizin başçısını İsrailə səfərə dəvət edən İsxak Hersoq qeyd edib ki, Azərbaycan Prezidentini İsraildə qəbul etmək əsl şərəf olardı.

Məktubda daha sonra deyilir: “Ölkələrimiz xalqlarımız arasında sıx əlaqələrə əsaslanan tarixi tellərə malikdir. Azərbaycan sabitlik adasıdır və əsrlər boyu yəhudi xalqı üçün isti, qonaqpərvər və təhlükəsiz bir ev olmuşdur. Burada, İsraildə Azərbaycan əsilli vətəndaşlar cəmiyyətimizə böyük töhfələr verirlər və onlar milli rəngarəngliyimizin mühüm hissəsidir. Bu iki icma xalqlarımız arasında canlı körpü rolunu oynayır, ikitərəfli əlaqələrimizi daha da gücləndirir”.

DİGƏR Xəbərlər Arxiv