YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti: Biz bu mühüm dövrdə istənilən ölkədən olan hər bir şirkətlə əməkdaşlıq etməyə hazırıq

Perspektiv planlarımızın reallaşdırılması ənənəvi enerji tərəfdaşlarımızın iştirakı olmadan mümkün olmazdı. Biz bu mühüm dövrdə, dünyada geosiyasi vəziyyətin bir neçə ay bundan öncə ilə müqayisədə kəskin şəkildə fərqli olduğu bir vaxtda istənilən ölkədən olan hər bir şirkətlə əməkdaşlıq etməyə hazırıq.

Bunu Prezident İlham Əliyev 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimindəki çıxışında deyib.

“Enerji amili, enerji diplomatiyası və bütün layihələr bizim iqtisadi potensialımızı gücləndirir, bizə imkan yaradır ki, cəsarətli islahatlarla yanaşı, neft-qaz sektorundan əldə etdiyimiz gəlirlər iqtisadiyyatımızın qeyri-neft sektoruna yönəldilsin” - deyə Azərbaycan Prezidenti qeyd edib.

Bu siyasətin nəticələrindən bəhs edən dövlətimizin başçısı cari ilin bəzi göstəricilərini diqqətə çatdırıb: “Bu il ümumi daxili məhsul 7.2 faiz artıb. Qeyri-neft sektorunda artım 11.5 faiz, qeyri-neft sənayesində artım 15 faizdən artıq olub. Bütün bunlar islahatların və topladığımız gəlirlərin yönləndirilməsinin təzahürüdür”.