YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Uzun müddət koma vəziyyətində qalan şəhid Yaqub Qəhramanlının anım mərasimi keçirilib

Tərtər rayonunda şəhid Qəhramanlı Yaqub Abdulla oğlunun üç mərasimi keçirilib. 

Anım tədbirində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasimdə bütün şəhidlərin ruhuna dualar oxunub, keçdikləri döyüş yoluna nəzər salınıb, xatirələri ehtiramla anılıb.

Qeyd edək ki, şəhid Yaqub Qəhrəmanlı Vətən müharibəsində Talış kəndi istiqamətində gedən döyüşlərdə ağır yaralanaraq, uzun müddət koma vəziyyətində qalıb. O, Yaşat Fondunun xətti ilə İstanbul şəhərində İstanbul Medicana Hospitalında, İstanbul Cərrahiyə xəstəxanasında və Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Tibbi Hospitalında müalicə alıb.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Yaqub Qəhrəmanlı “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.

Yaqub Qəhrəmanlının 2 yaşında oğlu yadigar qalıb.