YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Göygöldə Uşaqları Beynəlxalq Müdafiə Günü ilə bağlı tədbir keçirilib

Göygöl Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatı tərəfindən 1 İyun - Uşaqları Beynəlxalq Müdafiə Günü ilə bağlı tədbir keçirilib.

Tədbirdə Göygöl RİH başçısının səlahiyyətlərini icra edən Turani Əliyev, YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, idarə, müəssisə, həmkarlar ittifaqı təşkilatlarının rəhbərləri, şəhid ailələri, ziyalılar və gənclər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Turani Əliyev bildirib ki, 1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən qadınların beynəlxalq konfransında iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün uşaqların beynəlxalq müdafiəsi günü kimi tarixə düşüb.

YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev vurğulayıb ki, ölkəmizdə uşaqlara diqqət və qayğının dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin rəhbərliyi ilə uşaq hüquqları sahəsində qanunvericilik bazası yaradılıb, ölkəmiz uşaqlarla bağlı beynəlxalq konvensiyalara qoşulub. Hazırda dövlət uşaq siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyətində uşaq hüquqlarının müdafiəsi prioritet istiqamətlərindən biridir.

Tədbir rayon Mədəniyyət evinin kollektivinin və uşaq tərbiyə müəssisələrinin hazırladığı musiqi proqramı ilə davam edib,

Sonda tədbirdə iştirak edən şəhid övladlarına hədiyyələr təqdim olunub. Rayonun ictimai-siyasi həyatında fəal iştirakına və şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə Möhtəsim Səmədov və Dilarə Mövlayeva isə YAP Göygöl rayon təşkilatı tərəfindən fəxri fərmanla təltif edilib.