YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan və Türkiyə qardaşlığı tarixi yüzilliklərə söykənir

Kamilə Əliyeva

Milli Məclisin deputatı, professor

Bu gün dünyada Azərbaycan və Türkiyə gədər bir biri ilə dost, qardaş və müttəfiq olan dövlətlər mövcud deyil.  Bu qardaşlığın tarixi  yüzilliklərə söykənir. 1915-ci ildə minlərlə azərbaycanlı türk əsgərlərlə birlikdə vuruşaraq şəhid olmuşdular. 1918-ci ildə türk ordusu Bakı şəhərinin daşnaq-bolşevik quldur dəstələrinin işğalından azad edilməsində böyük qəhrəmanlıq göstərmişdir.

1990-ci ilin əvvəllərində Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra da Türkiyə şad günündə də, kədərli günlərində də Azərbaycanın yanında olub və hər zaman öz dəstəyini göstərib. Bu gün də hər iki qardaş dövlət bütün beynəlxalq tədbirlərdə bir birinə dəstək olur, istər Türkiyənin, istərsə də Azərbaycanın ictimai-siyasi həyatında baş tutan tədbirlərdə cənab İlham Əliyev və cənab Rəcəb Tayyib Ərdoğan yaxından iştirak edirlər. Təxminən 15 gün bundan öncə Türkiyədə hava limanının açılışında cənab İlham Əliyev qardaş ölkəyə səfər etdi və bu şad gündə Türkiyə Prezidentinin və türk xalqının  yanında oldu.

May ayın 28-də Azərbaycanın Müstəqillik günündə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəldi və Bakıda keçirilən "TEKNOFEST Azərbaycan" festivalında iştirak etdi. Festivalda çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan-Türkiyə qardaşlığından,  birliyindən danışdı, hər iki xalqın bir birinə sarsılmaz tellərlə bağlı olduğunu qeyd etdi. Xüsusi vurğulamaq lazımdır ki, türk və azərbaycan xalqlarını birləşdirən ən əsas amillərdən biri də cənab İlham Əliyevlə cənab Ərdoğanın çox yaxın dost və qardaş münasibətində olmalarıdır.

44 günlük Vətən Müharibəsinin ilk vaxtlarından Türkiyə Azərbaycana böyük siyasi və mənəvi dəstək oldu. Cənab Rəcəb Tayyib Ərdoğanın "Azərbaycan tək deyil, Türkiyə onun yanındadır" deməsi bizə əlavə güc verdi. Türkiyə ilə Azərbaycan dövlətləri arasında "Şuşa Bəyannaməsi"-nin imzalanması iki dövlət arasında mövcud olan müttəfiqliyi zirvələrə qaldırdı. 

Bakının erməni işğalından azad edilməsi və Vətən Müharibəsində qazandığımız gələbə münasibətilə 2021-ci ildə təşkil edilmiş Zəfər paradında Türkiyə və Azərbaycan əsgərləri azadlıq meydanında çiyin-çiyinə addımladılar. Bu Azərbaycan və Türk dövlətlərinin gücünün, qardaşlığının nümayişi idi.

Cənab İlham Əliyev çıxışında qeyd etdiyi kimi bu gün Azərbaycan və Türkiyə beynəlxalq güc mərkəzləridir. Türkiyənin beynəlxalq aləmdə iqtisadi və siyasi cəhətdən güclənməsi Azərbaycanın da  güclənməsi deməkdir.

Tədbirdə Türk dünyasının böyük oğulları, dünya şöhrətli alim, Nobel mükafatı laureatı, Əziz Səncər və "Bayraqdar" PUA-ların ixtiraçısı Selcuq Bayraqdarın Azərbaycana səfərləri də əlamətdar bir hadisə oldu.  Bu cür insanların Azərbaycana səfəri və onların çıxışı gənclərimizə bir örnək oldu.

Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın tədbirdə Azərbaycan və Türkiyənin dost, qardaş və müttəfiqliyi barədə söylədiyi fikirlər bütün dünyaya bir mesaj idi. Enerji, mədəniyyət, iqtisadiyyat,  siyasi sahələrdə münasibətlərin yüksək səviyyədə olması, eləcə də hər iki dövlətin xalqlarının  arasındakı dostluq və qardaşlıq bağları bütün dünyaya bir nümunədir.

Azərbaycan və Türkiyə birliyi dünyada heç vaxt haqsızlığa, zülmə və işğala boyun əyməyəcək.

Cənab Ərdoğan 44 günlük Vətən Müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin göstərdiyi rəşadəti xüsusi vurğuladı və Azərbaycan hərbçilərinin yüksək texnologiyalardan məharətlə istifadə edərək gələbə qazanmasının bütün dünyaya bir örnək olduğunu da qeyd etdi.

Müharibə dövründə olduğu kimi Türkiyə quruculuq işlərində də bu gün Azərbaycanın yanındadır. Azərbaycan və Türkiyə dostluq və qardaşlığı tək regionda deyil, bütün dünyada sülhə xidmət edir.