YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Aleksey Tulbure: Prezident İlham Əliyev beynəlxalq prinsiplərin qorunması məsələsində örnəkdir

Azərbaycan və Moldova arasında diplomatik münasibətlər qurulandan bəri həmişə yaxşı münasibət olub, hər hansı problem yaşanmayıb. Ancaq hesab edirəm ki, iki ölkə arasında əməkdaşlığın inkişafı üçün daha yaxşı potensial mövcuddur. Bu, daha çox iqtisadi və enerji sahələrinə aiddir. Nəzərə alsaq ki, regionda yeni vəziyyət yaranıb, hazırda enerji sahəsində əməkdaşlıq daha da genişləndirilməlidir. Bu sahədə Azərbaycan Moldova üçün cəlbedici ölkədir.

Bu fikri siyasi analitik, Moldovanın BMT və Avropa Şurası yanında sabiq daimi nümayəndəsi Aleksey Tulbure söyləyib.

Siyasi ekspert bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev regionun inkişafına öz töhfəsini verməkdədir. Xarici siyasət, tərəfdaşlarına qarşı hörmət, beynəlxalq prinsiplərin qorunması, beynəlxalq öhdəliklərin yerinə yetirilməsində Prezident İlham Əliyev digərləri üçün yaxşı örnəkdir.

Aleksey Tulbure hesab edir ki, Moldovaya Azərbaycan kimi daha etibarlı, sabit tərəfdaş lazımdır.

“Moldova Rusiyadan qazın tədarükü baxımından tam asılı ölkədir. Moldova enerji, xüsusilə qaz tədarükü baxımından Azərbaycanı potensial alternativ ölkə kimi görür. Təkcə Moldova yox, Avropa ölkələri də enerji resurslarının tədarükü baxımından Azərbaycanı etibarlı, sabit və alternativ ölkə kimi görür”, - deyə Aleksey Tulbure əlavə edib.

DİGƏR Xəbərlər Arxiv