YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Kürdəmir rayon təşkilatının yeni ərazi partiya təşkilatı təsis edilib

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının “Mərkəzi Aran Regional Məşğulluq filialı” ərazi partiya təşkilatı təsis edilib.

Bu münasibətlə keçirilən təsis iclasında çıxış edən YAP Kürdəmir rayon təşkilatının məsul əməkdaşı Niyazi Ağayev, Mərkəzi Aran Regional Məşğulluq filialının müdiri vəzifəsini müvəqqəti icra edən Samir Nuriyev və digər çıxış edənlər partiyanın yaranma zərurətindən, o dövrdə cərəvan edən hadisələrdən ətraflı bəhs ediblər.

Qeyd olunub ki, 1992-ci il noyabrın 21-də ulu öndər Heydər Əliyevin sədrliyi ilə YAP-ın təsis konfransının keçirilməsi yeni müstəqil Azərbaycanın tarixində parlaq gələcəyin əsasını qoyub.

Vurğulanıb ki, YAP öz fəaliyyəti ilə sübuta yetirib ki, bu partiya məhz yeni müstəqil Azərbaycanı qurmağa, onu zirvələrə, parlaq gələcəyə daşımağa qadirdir. Bu gün Ümummilli Liderin ideyalarını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası böyük gücə çevrilib. Qarabağ Zəfərindən sonra yaranmış yeni reallıqlar fonunda Azərbaycan Partiyamızın Sədri, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyə doğru daha inamla irəliləyir.

Çıxışlardan sonra təşkilati məsələlərə baxılıb. Samir Nuriyev yekdilliklə “Mərkəzi Aran Regional Məşğulluq filialı” ərazi partiya təşkilatının sədri, Zahir Qədirli isə sədr müavini seçilib.