YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şuşa Bəyannaməsi qardaşlıq əlaqələrimizi strateji müttəfiqlik səviyyəsinə çatdırdı

Almaz Həşimova

YAP Füzuli rayon təşkilatının sədri

Prezidentlər İlham Əliyevlə və Rəcəb Tayyib Ərdoğanın məhz 28 May- Azərbaycanın Müstəqillik Günündə paytaxtımızda keçirilmiş «TEKNOFEST Azərbaycan» Aerokosmik və texnologiya festivalında  bir araya gəlmələrinin də özəl anlamı vardır. Azərbaycan liderinin vurğuladığı kimi: «Bu, «Bir millət – iki dövlət»in 104 il öncəki kimi şad gündə də, dar gündə də həmişə birgə olduğunun daha bir təzahürüdür. 104 il əvvəl müsəlman aləmində Azərbaycan xalqı ilk Xalq Cümhuriyyətini qurmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı, iki ildən sonra süqut etdi və Azərbaycan öz müstəqilliyini itirdi. Yalnız 1990-cı illərin əvvəlində Azərbaycanın dövlət müstəqilliyi bərpa edildi və 30 ildir Azərbaycan xalqı azad yaşayır. 30 il ərzində qardaş Türkiyə daim Azərbaycanın yanında olub. Biz 30 ildə bu dəstəyi, bu qardaşlıq dəstəyini hər zaman hiss etmişik, bu gün də hiss edirik və bu gün Türkiyə-Azərbaycan yenə bir yerdədir.»

Bu sözlər təbii ki, ilk növbədə hələ də əleyhimizə məkrli planlar quran bəzi ölkələrə ciddi xəbərdarlıqdır.

Tədbirdə hər iki Prezident İlham Əliyevin Şuşa Bəyannaməsini də dilə gətirmələri təsadüfi deyildi. Çünki düşmənlərə göz dağı olan həmin sənədlə Azərbaycanla Türkiyə artıq hərbi müttəfiqə çevriliblər. Prezident İlham Əliyev bu tarixi sənədə rəğmən bildirdi ki, tarixi Şuşa Bəyannaməsini imzalayaraq Türkiyə və Azərbaycan rəsmən müttəfiqlik zirvəsinə ucaldı: «Bu müttəfiqlik özünü hər yerdə göstərir – siyasətdə, iqtisadi əlaqələrdə, enerji, nəqliyyat layihələrinin həyata keçirilməsində, mədəniyyətdə, təhsildə, ordu quruculuğu istiqamətində... Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqamətidi.  Azərbaycan və Türkiyə daim bir-birinə dəstək göstərir. Bizim ölkələr yaxşı günlərdə də, çətin günlərdə də hər zaman bir-birinin yanındadır. Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh və barış o qədər də möhkəm olacaq».

Bu da qürurverici faktdır ki, İkinci Qarabağ müharibəsinin ilk saatlarında Prezident Ərdoğanın «Azərbaycan tək deyil, Türkiyə onun yanındadır» söyləməsi Azərbaycana əlavə güc, ruh və inam vermişdir. Xüsusilə ordumuzun düşmənlərin  kabusuna çevrilmiş pilotsuz uçuş aparatları olan «Bayraktar»larla təmin edilməsi tarixi Zəfərimizdə mühüm rol oynadı.

Doğrudan da artıq bizi istəməyən dairələr də qəbul edirlər ki, Türkiyə-Azərbaycan birliyi regionda sülh və sabitliyin, inkişaf və rifahın əsas qarantına, erməni separatizmini və faşizmini önləyən mühüm faktora çevrilib. Bu reallıq fonunda Prezident İlham Əliyevin aşağıdakı sözləri xüsusi məna kəsb edir: «Bundan sonra da Türkiyə və Azərbaycan yüksələn xətlə ancaq və ancaq irəliyə gedəcək.  Azərbaycan və Türkiyə beynəlxalq güc mərkəzləridir. Türkiyənin artan gücü Azərbaycanı gücləndirir və hər iki ölkə bir-birinə güc qataraq dünya miqyasında güc mərkəzinə çevrilir».

Festivalda çıxış edən qardaş Türkiyənin rəhbəri, türk dünyasının böyük oğlu Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevin səslənən fikirlərini bir az da inkişaf etdirdi. Birlik və qardaşlığımızın əbədi olmasına nümunə kimi 1915-ci il Çanaqqala zəfərini göstərdi: «1918-ci ildə Gəncədə, Bakıda və Azərbaycanın digər bölgələrində ürəklərimiz və biləklərimiz ortaq mübarizəmizdə yenidən bərabər olmuşdur. Bizlər kədəri də, sevinci də bir olan, sözdə deyil, əməldə də qardaş olan iki dövlətik, iki xalqıq.»

Türkiyə Prezidenti, həmçinin Şuşa Bəyannaməsini xatırladaraq sənədin qardaşlıq əlaqələrimizi strateji müttəfiqlik səviyyəsinə çatdırdığını söylədi. Onun çıxışlarının ümumi məzmunu belədir ki, Azərbaycan və Türkiyə birliyi təzyiqlə, təhdidlə qorxudulanlardan olmayıb və əsla olmayacaq: «İşğala və haqsızlığa qarşı hər şəraitdə doğru olanı söyləməkdən, haqlı mübarizəmizi müdafiə etməkdən geri durmadıq və durmayacağıq. Müharibədə olduğu kimi, sülh dönəmində də Türkiyə qardaş Azərbaycanın yanındadır. Regionda sülh və dayanıqlı sabitliyin təmin olunması üçün Türkiyə fəal şəkildə dəstək göstərəcəkdir.»