YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məqsəd regionumuzu sülh, əməkdaşlıq və təhlükəsizlik məkanına çevirməkdir

Azər Süleymanov

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri

Azərbaycan Prezidenti cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edimiş ərazilərimizə ardıcıl səfərləri yeni-yeni təməlqoyma və açılış mərasimləri ilə müşaiyət olunur. Füzuli, Cəbrayıl və Zəngilan rayonlarına son səfər isə xüsusilə əlamətdardır. İlk növbədə, ona görə ki, bu səfər 28 May Müstəqillik Günü ərəfəsində gerçəkləşdi. Eyni zamanda, Zəngilan rayonu Ağalı kəndində “ağıllı kənd” layihəsinin birinci mərhələsinin açılışı ilə əlamətdar oldu.

Dövlətimizin başçısı və birinci xanım səfər çərçivəsində Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun  tikintisi, Zəngilan Beynəlxalq Hava Limanında, Zəngilan məscidində tikinti işlərinin gedişi ilə tanış olublar, həmçinin Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində iştirak ediblər. Vətən müharibəsində Zəfərimizdən sonra Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərə hər səfəri quruculuq işlərinin vüsətini artırır. İşğaldan azad edilmiş ərazilərdə aparılan irimiqyaslı quruculuq işləri Zəfərimizin davamıdır.

Prezidentimizin və birinci xanımın hər səfəri yeni tikinti, yeni quruculuq deməkdir. Dövlətimizin başçısının görülən işlərlə şəxsən maraqlanması Böyük Qayıdış prosesini daha da sürətləndirir. Cəbrayıl rayonunda Horadiz – Ağbənd dəmir yolu xəttinin Soltanlı stansiyasının və “Azərenerji” ASC-nin “Cəbrayıl” enerji qovşağının təməlinin qoyulması işğaldan azad edilmiş ərazilərdə normal həyatın tezliklə bərqərar olunacağının zəmanətidir.

Xüsusi olaraq qeyd edilməlidir ki, 30 ilə yaxın işğal dövründə dağıdılan, təhqir olunan dini abidələrimizin, məscidlərimizin yenidən həyata qaytarılması prosesində Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu müstəsna xidmət göstərir. Fondun inşa etdirdiyi Zəngilan məscidində tikinti işləri davam etdirilir. Eləcə də, Zəngilanda inşa edilən İşğal və Zəfər muzey kompleksləri tariximizin, başımıza gətirilənlərin unudulmaması baxımından çox əhəmiyyətlidir. Muzey komplekslər gənclərin, yeniyetmələrin vətənpərvərlik duyğularının formalaşmasında, yüksəlişində tarixi mənbə rolunu oynayacaq.

Beləliklə, dövlətimizin gücü və qüdrəti sayəsində Qarabağda və Şərqi Zəngəzurda həyat yenidən öz əvvəlki axarına qaytarılır, infrastruktur yenidən qurulur, yollar çəkilir, dini abidələr, məscidlər bərpa edilir. Ən əlamətdar hadisə isə Böyük Qayıdışın müjdəsi olan Zəngilan rayonu Ağalı kəndində “ağıllı kənd” layihəsinin birinci mərhələsinin  açılışı oldu. Ağalı kəndinin sakinləri ilə görüşdə çııxş edən Prezident İlham Əliyev regionda baş verən proseslər, azad edilmiş ərazilərdə quruculuq işləri və digər məsələlərlə bağlı mühüm mesajlar verdi. Məqsəd regionumuzu sülh, əməkdaşlıq və təhlükəsizlik məkanına çevirməkdir. Möhtərəm Prezidentimiz bu hədəflərə çatmaq üçün qətiyyətli addımlar atır!