YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyə Prezidenti: İki qardaş ölkə olaraq əlaqələrimizi Şuşa Bəyannaməsi ilə strateji müttəfiqlik səviyyəsinə çıxardıq

Qərbdən Şərqə qədər harada bir qardaşımız varsa, ora bizim evimizdir, yurdumuzdur. Türkiyə-Azərbaycan olaraq bu anlayışla əlaqələrimizi əvvəlcə strateji tərəfdaşlığa, keçən il də Şuşa Bəyannaməsi ilə strateji müttəfiqlik səviyyəsinə çıxardıq. Enerjidən mədəniyyətə, müdafiədən ticari, iqtisadi və bəşəri münasibətlərə uzanan geniş sahədə güclü əməkdaşlıq qurduq.

Bu fikirləri Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən “TEKNOFEST-Azərbaycan” festivalında çıxışı zamanı söyləyib.

“Akıncı” zirvə nöqtəsində olan bir SİHA-nın İstanbuldan Bakıya dayanmadan uçmaqla rekorda imza atdığını bildirən Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, gələcəkdə daha çox fərqli proseslər olacaq.

“İlham qardaşımın da misilsiz töhfələri ilə ikitərəfli əlaqələrimizi təkcə bölgəyə deyil, bütün dünyaya nümunə ola biləcək bir səviyyəyə çatdırdıq. Gələcəyimizin təminatı olan gənc nəsillərin ölkələrimiz arasında bütün sahələrdəki nümunəvi əməkdaşlığı daha da inkişaf etdirəcəyinə inanıram. Səfərimin Azərbaycanın qədim şəhəri “Şuşa İli”ndə gerçəkləşməsi də xüsusi məna daşıyır. Sizlərdən əziz şəhidlərimizin şanlı mirasına lazım gəldikdə canınız bahasına da olsa sahib çıxmağınızı gözləyirəm”, - deyə Türkiyə Prezidenti vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv