YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Naqif Həmzəyev: İşğaldan azad olunmuş əraziləri cənnətə çevirəcəyik

“Azərbaycan Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad olunmuş Zəngilana növbəti səfəri və bu səfər zamanı açılış, təməlqoyma mərasimləri, həmçinin şəhərin baş planı ilə tanış olmaları həmin ərazilərdə quruculuq, abadlıq, yenidənqurma işlərinin sürətlə davam etdirilməsinə işarədir. Təbii ki, səfərin 28 May ərəfəsində olması bizi çox sevindirir”.

Bunu açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib

“Səfər zamanı Prezident cənab İlham Əliyev Prezidentə ilk növbədə Zəngilanın baş planı təqdim edildi və bu planda çox maraqlı məqamlar var. Xüsusilə ölkə başçısının göstərişi ilə Zəngilanın müasir dövrün tələblərinə cavab verən “Ağıllı şəhər” konsepsiyasına uyğun olaraq qurulmasının nəzərə çarpmasıdır. Dövlət başçısının əsas istəyi Zəngilanın park şəhər olmasıdır. Yəni şəhərin hər yerində yaşıllığın qorunub saxlanması, binaların çoxmərtəbəli olmaması və onların tikilişi zamanı çox pəncərələrdən istifadə edilməsi, eyni zamanda şəhərdə alternativ enerji mənbələrindən istifadənin olması şəhərin yenidənqurmanın əsas şərtləridir. Dövlət başçısının dediyi kimi, şəhərdə gəzən insanda elə təəssürat olmalıdır ki, sanki o, parkda gəzir. Beləliklə, bu plan insanların təbiətlə birgə yaşayışını təmin etmiş olacaq. Cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Heydər Əliyev Fondunun dəstəyi ilə məscidin tikinti işləri ilə də tanış oldular, Prezidentin köməkçisi Anar Ələkbərov inşa zamanı istifadə olunan materiallar, qarşılaşmış problemlər və çıxış yolları haqqında dolğun məlumat verdi. Bununla yanaşı onlar işğal və zəfər muzeylərinin də təməlini qoydular. Qeyd edək ki, bu komplek digər rayon və şəhərlərdə də tikilir. Zəngilanda da belə bir kompleksin təməlinin qoyulması, təbii ki, tariximizi unutmamağımız və yaşatmağımız ilə bağlıdır. Bu komplekslərdə ərazilərimizin işğalı, başımıza gətirilən müsibətlər əksini tapacaq. Şəhidlərimizin və işğal zamanı həlak olmuş insanların adları burada qeyd olunacaq. Göründüyü kimi, ermənilər bu əraziləri işğal edərkən yalnız maddi, tarixi abidələrimizi deyil, təbiətimizi də məhv ediblər. Zəngilandakı Şərq çinarı meşəsi tamamilə məhv edilib, həmçinin rayon ərazisindəki Oxçuçay da  ekoloji terrora məruz qalıb. Ermənistan tərəfindən çayın çirkləndirilməsi işləri davam edir.

Dövlət başçısının Zəngilana bu dəfəki səfəri zamanı Oxçuçayın sahilində olması və onu seyr etməsi, Mehriban xanım Əliyevanın isə Prezident cənab İlham Əliyevin görüntülərini öz “İnstagram” səhifəsində paylaşması dövlətin bu ərazilərin ekoloji problemlərinə çox böyük maraq göstərdiyini deməyə imkan verir. Biz işğaldan azad olunmuş ərazilərimizi qısa zamanda cənnətə çevirə biləcəyimizi düşünürük. Zəngilan isə burada çox böyük rol oynaycaq.

Əlavə edək ki, Zəngilanda tikiləcək hava limanı ilə bağlı təqdimat zamanı Prezident cənab İlham Əliyev işləri daha da sürətli yerinə yetirmək üçün tapşırıqlarını verdi. Rayon ərazisində ən qısa zamanda avtomobil yolları, dəmiryolu xətləri, hava limanı hazır olacaq. Biz tezliklə yük, sərnişin daşımalarının, turistlərin qəbul edilməsinin və ən əsası isə keçmiş məcburi köçkünlərin ata yurdlarına qayıtmasının şahidi olacağıq – N.Həmzəyev qeyd edib.