YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qaradağ rayonunda 28 May - Müstəqillik gününə və “Şuşa ili”nə həsr olunan konsert təşkil olunub

Qaradağ rayon Sahil qəsəbəsində yerləşən Dənizkənarı parkda Qaradağ Rayon İcra Hakimiyyətinin, YAP Qaradağ rayon təşkilatının və 5 nömrəli Uşaq İncəsənət Musiqi məktəbinin təşkilatçılığı ilə 28 May - Müstəqillik gününə və “Şuşa ili”nə həsr olunan ədəbi-bədii kompozisiya və konsert təşkil olunub.

Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin müavini Təranə İsmayılova, Milli Məclisin deputatı Aydın Hüseynov, YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, “Demokratik Cəmiyyətin İnkişafına Yardım” İctimai Birliyinin sədri Əsgər Məmmədov və birliyin digər üzvləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Əvvəlcə məktəbin şagirdlərinin asfaltüstü və kətan üzərində canlı rəsmlərinə, Qarabağa, Şuşaya aid müxtəlif əl işlərinə baxış keçirilib.

Sonra məktəbin müəllim, şagird heyətinin ifasında xalq mahnıları və Qarabağ barədə nəğmələr səsləndirilib, müxtəlif rəqs nömrələri təqdim olunub.

Tədbir şagirdlərin ifasında “Qarabağ Şikəstəsi” ilə yekunlaşıb.