YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qubada Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 104-cü ildönümü qeyd olunub

Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatında Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 104-cü ildönümü münasibətilə tədbir keçirilib.

Tədbirdə YAP Quba rayon təşkilatının, Quba Rayon İcra Hakimiyyətinin məsul işçiləri, partiya fəalları, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ümummilli lider Heydər Əliyevin və Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova bildirib ki, müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə görülən işlərdən bəhs edib. Bildirib ki, Azərbaycanın ilk Parlamenti və Hökumətinin, dövlət aparatının təşkil edilməsi, ölkənin sərhədlərinin müəyyənləşdirilməsi, bayrağı, himni və gerbinin yaradılması, ana dilinin dövlət dili elan olunması, ölkədə ilk universitetin təsisi, təhsilin milliləşdirilməsi AXC-nin adı ilə bağlıdır.

1991-ci ildə yenidən öz suverenliyini bərpa etmiş müasir Azərbaycanın, ümummilli lider Heydər Əliyevin rəhbərliyi və xidmətləri sayəsində bir dövlət kimi tarixin çətin və sərt sınaqlarından uğurla keçdiyini və inkişaf yoluna qədəm qoyaraq inamla irəliləməyə başladığı qeyd olunub.

Partiya fəalları Mehman İbrahimov, Elza Orucova, Laçın Səfərəliyev, Quba rayon Mərkəzi Kitabxananın direktoru Saməddin Nəsirov, 5 saylı Mətbuat Yayım idarəsinin rəisi Ramiz Qusarçaylı, Qaraçay ərazi partiya təşkilatının sədri Bariz Allahveydiyev 1918-1920-ci illərdə qazanılmış uğurların araşdırılaraq dünyaya çatdırılmasında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərini xüsusi vurğulayıblar.