YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Laçın rayon təşkilatında 28 May - Müstəqillik gününə həsr olunan dəyirmi masa keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Laçın rayon təşkilatında 28 May - Müstəqillik gününə həsr olunan dəyirmi masa keçirilib.

Öncə ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov giriş nitqi ilə çıxış edərək, müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən danışıb. Bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirib. 23 ay yaşadıqdan sonra qarşıya qoyduğu məqsədlərə tam müvəffəq olmadan süquta uğrasa da, şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı. 1991-ci ildə müstəqilliyinin bərpasına nail olan Azərbaycan qədim dövlətçilik ənənələrinə sadiq qalaraq Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olmaqla onun üçrəngli bayrağını, gerbini, himnini qəbul etdi.

İ.İlyasov qeyd edib ki, ulu öndər Heydər Əliyevin dediyi kimi “Müstəqilliyi qazanmaq çətindir, amma onu qoruyub saxlamaq isə ondan da çətindir” sözləri zamanın sınağından çıxdı. Bu gün fəxrlə deyə bilərik ki, Azərbaycanın dövlət müstəqilliyi bizim tarixi nailiyyətimizdir, ən böyük sərvətimizdir. Ulu Öndərin layiqli davamçısı, Prezident İlham Əliyev müstəqillik yolu ilə irəliləyən Azərbaycanı daha böyük zirvələrə çatdırıb və ölkəmiz bütün dünyada güclü dövlət kimi tanınır. Ulu Öndərin əsasını qoyduğu siyasətin uğurla davam etdirilməsi nəticəsində Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində ermən işğalına son qoyaraq ərazi bütövlüyünü bərpa etdi.

Tədbirdə digər çıxış edənlər vurğulayıb ki, XX əsrdə iki dəfə müstəqillik əldə edən Azərbaycan ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra qurtuluşa nail oldu və inkişaf yoluna qədəm qoydu. Ulu Öndər siyasətinin uğurla davam və inkişaf etdirilməsinin nəticəsi olaraq Azərbaycan yalnız regionda deyil, beynəlxalq miqyasda söz sahibi olan bir ölkə kimi tanınır.

DİGƏR Xəbərlər Arxiv