YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yevlaxda “Yeni əsrin güclü Lideri - cənab İlham Əliyev” adlı tədbir keçirilib

Yevlax Şəhər İcra Hakimiyyətinin və YAP Yevlax rayon təşkilatının birgə təşkilatçılığı ilə “Yeni əsrin güclü Lideri - cənab İlham Əliyev” adlı tədbir keçirilib.

YAP Yevlax rayon təşkilatının inzibati binasında keçirilmiş tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin, YAP Yevlax rayon təşkilatının, Gənclər və İdman İdarəsinin, GİKM-ın Yevlax nümayəndəliyinin rəhbərliyi və əməkdaşları, rayon gəncləri iştirak ediblər.

Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini Elnarə Əzizova Prezident İlham Əliyevin Azərbaycanın bütün sahələr üzrə əldə etdiyi uğurlardan, həmin uğurlu siyasətin bariz nümunələrindən olan və Böyük Qələbəmizlə nəticələnən 44 günlük Vətən müharibəsindən geniş bəhs edib. O, dövlət başçısının yüksək sərkərdəlik və əsl liderlik keyfiyyətləri ilə öz ata vəsiyyətini layiqincə yerinə yetirməsindən, eyni zamanda dövlətimiz və xalqımız qarşısındakı misilsiz xidmətlərindən danışıb.

Tədbirdə çıxış edən YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev bildirib ki, Prezident İlham Əliyev yeni əsrin yeni lideri olaraq, Azərbaycanı inamla irəli aparır. Onun hakimiyyət illəri ölkənin dinamik inkişafı, sürətlə modernləşməsi, dünyada nüfuz və söz sahibinə çevrilməsi ilə səciyyəvidir. Prezident İlham Əliyevin mötəbər beynəlxalq təşkilatların kürsülərində inamlı, cəsarətli, məntiqi çıxışları ilə diqqəti cəlb etdiyini, milli mənafeləri bütün səviyyələrdə qətiyyətlə qoruduğunu, müstəqil daxili və xarici siyasət yürütdüyünü bildirən təşkilat sədri Vətən müharibəsində qazandığımız möhtəşəm Qələbədən də bəhs edib.

DQİDK-nın Yevlax bölgəsi üzrə əməkdaşı Fərid Vaqifli Prezident, YAP Sədri İlham Əliyevin düşünülmüş islahatları və müdrik qərarları ilə həyatımıza yeni nəfəs gətirdiyini, Azərbaycanı dünyanın inkişaf edən ölkələri sırasına çıxardığını vurğulayıb.