YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Kəlbəcər rayon təşkilatının yeni ərazi partiya təşkilatları təsis edilib

Gəncə şəhərində fəaliyyət göstərən Kəlbəcər rayon 3 saylı, 5 saylı, 11 saylı və 69 saylı tam orta məktəblərdə Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının yeni ərazi partiya təşkilatları təsis edilib.

Bu münasibətlə keçirilmiş təsis iclaslarında çıxış edən YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov bildirib ki, partiyanın yaranması tarixi zərurət, o dövrdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi olub. Yeni Azərbaycan Partiyası zəngin və şərəfli inkişaf yoluna malikdir. Bu gün Ümummilli Liderin ideyalarını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP sıralarında 800 minə yaxın üzvü birləşdirərək böyük gücə çevrilib.

Sonra təşkilati məsələlərə baxılıb.

Bəylər Bəylərov Kəlbəcər rayon 3 saylı tam orta məktəbdə, Nizami Əkbərov Kəlbəcər rayon 5 saylı tam orta məktəbdə, Əlizamin Qarayev Kəlbəcər rayon 11 saylı tam orta məktəbdə, Bilal Qaraşov isə Kəlbəcər rayon 69 saylı tam orta məktəbdə yaradılan yeni ərazi partiya təşkilatlarına sədr seçiliblər.