YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Saatlıda 28 May - Müstəqillik Günü münasibətilə tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatı “Mirağa Ağayev küçəsi, 44” ünvanı üzrə ərazi partiya təşkilatında 28 May - Müstəqillik Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə çıxış edən YAP Saatlı rayon təşkilatının sədri Lütvəli Şıxəliyev və ərazi partiya təşkilatının sədri Ağa Əsədov çıxışlarında 1918-ci ildə Azərbaycanda Xalq Cümhuriyyətinin yaradılmasını xalqımızın dövlətçilik salnaməsinin parlaq səhifəsi kimi qiymətləndiriblər.

Zəngin dövlətçilik ənənələri olan Azərbaycan xalqının XX əsrin əvvəlində müsəlman Şərqində ilk demokratik respublika yaratmasının mühüm tarixi nailiyyət olduğu bildirilib. Çıxış edənlər 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan xalqının tarixi qələbəsindən, işğaldan azad olunmuş torpaqlarda görülən tikinti-bərpa və quruculuq işlərindən də danışıblar.