YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Göygöl rayon təşkilatı 28 May - Müstəqillik Günü münasibətilə dəyirmi masa keçirib

YAP Göygöl rayon təşkilatı Göygöl Suvarma Sistemləri İdarəsi ərazi partiya təşkilatında 28 May - Müstəqillik günü münasibətilə “Müsəlman Şərqində ilk hüquqi, dünyəvi, demokratik dövlət” mövzusunda dəyirmi masa keçirilib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, abidə önünə gül dəstələri düzülüb.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra ulu öndər Heydər Əliyevin, Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarının və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Dəyirmi masada çıxış edən YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən danışıb, Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil, suveren və demokratik Azərbaycanın ADR-in arzu və ideallarını bu gün reallığa çevirdiyini və ümumi beynəlxalq ictimaiyyət üçün etibarlı tərəfdaş olduğunu vurğulayıb.

Ərazi partiya təşkilatının sədri İsmayıl Əvəzov, sədr müavini Pünhan Qasımova da müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin keçdiyi şərəfli yoldan söz açıblar.

Tədbirin sonunda partiya sıralarına yeni qəbul olunmuş bir qrup şəxsə üzvlük vəsiqələri təqdim olunub.