YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Gündəm

Prezident İlham Əliyev: Azərbaycanda İnformasiya-kommunikasiya texnologiyaları sürətlə inkişaf edən və böyük perspektivi olan sahədir

Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sürətlə inkişaf edən və böyük perspektivi olan sahədir. 2003-cü ildə İKT üzrə Milli Strategiyanın, sonrakı illərdə isə “Elektron Azərbaycan Dövlət Proqramı”nın qəbul edilməsi və icrası bu sahənin inkişafına güclü təkan vermişdir.

Bu fikirləri Prezident İlham Əliyev “The Business Year” nəşrinə müsahibəsində demişdir.

Dövlətimizin başçısı bildirmişdir ki, müstəqillik illərində Azərbaycanda İKT-nin inkişafına bütövlükdə 3 milyard dollardan artıq sərmayə yatırılmışdır. Bunun nəticəsidir ki, son 10 ildə informasiya və rabitə sahəsinin inkişafı 8,2 dəfə artmışdır. 2013-cü ildə Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə çıxarılması, kosmik sənayenin əsasının qoyulması ölkəmiz üçün tarixi əhəmiyyət kəsb edən hadisə olmuşdur. Növbəti illərdə daha iki peykin orbitə çıxarılması üçün müvafiq tədbirlər görülür.

Bununla yanaşı, Azərbaycanda son illərdə internet sürətlə inkişaf edir. Ümumdünya Telekommunikasiya Təşkilatının hesabatına əsasən, bu gün ölkə əhalisinin 70 faizi internet istifadəçisidir. Artıq respublikanın hər bir şəhərinə genişzolaqlı internetin çəkilişi başlanmışdır.

Prezident İlham Əliyev diqqətə çatdırmışdır ki, biz təkcə dünyadakı mövcud innovasiyaları tətbiq etməklə kifayətlənmirik, həm də bir sıra yeniliklərin təşəbbüskarı kimi çıxış edirik. Bu mənada Azərbaycanın “brendi” hesab oluna biləcək Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyini və onun tabeliyində yaradılan “ASAN xidmət” mərkəzlərini xüsusi qeyd etmək istəyirəm. “ASAN xidmət”in fəaliyyət sferasına dövlət orqanları əməkdaşlarının fəaliyyətinin əlaqələndirilməsi, nəzarət və qiymətləndirmənin aparılması, dövlət qurumlarının informasiya bazalarının qarşılıqlı inteqrasiyası, elektron xidmətlərin təşkili prosesinin sürətləndirilməsi və bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsi daxildir. Bu xidmət dövlət-vətəndaş münasibətlərinə yeni yanaşmanın mütərəqqi modelidir və hazırda 25 növ hüquqi xidmət həyata keçirir. Təsadüfi deyil ki, cəmi bir il ərzində xidmətə bir milyondan çox müraciət olmuşdur. Ona görə də biz qarşıdakı dövrdə “ASAN xidmət”in funksiyalarını daha da genişləndirməyi nəzərdə tuturuq.