YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“TEKNOFEST Azərbaycan” çərçivəsində Səlcuq Bayraqdar stendlərlə tanış olub

“TEKNOFEST Azərbaycan” festivalı çərçivəsində “Bayraktar TB2” pilotsuz uçuş aparatlarının yaradıcısı, “Baykar Savunma” şirkətinin texniki direktoru Səlcuq Bayraqdar startapların nümayiş olunduğu stendlərlə tanış olub.

Səlcuq Bayraqdar festivaldan əvvəl görülən işlərlə maraqlanıb, yarışmaçıları dinləyib, müəyyən startapların maliyyələşdirilməsi üçün investorlara tövsiyələr verib.

Qeyd edək ki, Türkiyədən kənarda ilk “TEKNOFEST” mayın 26-29-da Azərbaycanda, Bakı Kristal Zalı və ətrafındakı Dənizkənarı Bulvar ərazisində keçiriləcək.