YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Litva əlaqələri yüksək strateji tərəfdaşlıq səviyyəsindədir

Mehdi Balabəyov

Yeni Azərbaycan Partiyası Şabran rayon təşkilatının sədri

Prezident İlham Əliyevlə Litva Prezidenti Gitanas Nausedanın bu günlərdə ölkəmizə rəsmi səfəri respublikalarımız arasında əməkdaşlığın bütün sahələrdə dinamik inkişaf etdiyini göstərdi. Səfər zamanı ölkə başçılarının Birgə Bəyannamə, eyni zamanda müvafiq hökumət strukturları ilə sazişlər imzalanması mövcud tərəfdaşlığı daha da gücləndirmək üçün zəmin formalaşdırdı. Regional təhlükəsizlik və Avropa İttifaqı ilə münasibətlər də bizim üçün mühüm əhəmiyyət kəsb edən məsələlər sırasındadır.

Litva Respublikası hər zaman ölkəmizin ərazi bütövlüyünü dəstəkləyərək Azərbaycanın Avropa İttifaqı üçün mühüm tərəfdaş olduğunu diqqətə çatdırdı. Səfər zamanı dost ölkənin bu ədalətli mövqeyi və xeyirxah münasibəti bir daha qabarıq şəkildə təzahür etdi.

Azərbaycan və Litva arasında ticarət-iqtisadi, sənaye və energetika, mədəniyyət və turizm, təhsil, informasiya texnologiyaları və digər sahələrdə mövcud əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsinin zəruriliyi hər iki ölkə başçısı tərəfindən xüsusilə vurğulandı. Dövlət başçıları iqtisadi əməkdaşlığın ölkələrimizin potensialına uyğun inkişaf etdirilməsini vacib saydılar. İki ölkə arasında ticarət dövriyyəsinin və sərmayə qoyuluşunun həcminin artırılması qərara alındı.

Litva prezidentinin Gitanas Nausedanın Azərbaycana səfəri bir daha göstərdi ki, iki ölkə arasında tərəfdaşlıq qarşılıqlı hörmət və dostluq üzərində qurulub, keçirilən tədbirlər, aparılan müzakirələr əlaqələrin daha da möhkəmlənməsinə və genişlənməsinə stimul verəcək.