YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Kəlbəcər rayon təşkilatının yeni ərazi partiya təşkilatları təsis edilib

Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının Gəncə şəhərində fəaliyyət göstərən Kəlbəcər rayon 7 saylı tam orta məktəb, Kəlbəcər rayon 98 saylı tam orta məktəb, Kəlbəcər rayon 55 nömrəli tam orta məktəb, Kəlbəcər rayon 1 saylı tam orta məktəbdə ərazi partiya təşkilatları yaradılıb.

Bu münasibətlə keçirilmiş təsis iclaslarında çıxış edən YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov bildirib ki, partiyanın yaranması tarixi zərurət, o dövrdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi olub. Yeni Azərbaycan Partiyası zəngin və şərəfli inkişaf yoluna malikdir. Bu gün Ümummilli Liderin ideyalarını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP sıralarında 800 minə yaxın üzvü birləşdirərək böyük gücə çevrilib.

Sonra təşkilati məsələlərə baxılıb. Fazil Əhmədov Kəlbəcər rayon 7 saylı tam orta məktəbdə, Cəmşid Əlbəndov Kəlbəcər rayon 98 saylı tam orta məktəbdə, Səməd Nadirov Kəlbəcər rayon 55 nömrəli tam orta məktəbdə, Nazim Qafarov isə Kəlbəcər rayon 1 saylı tam orta məktəbdə yaradılan ərazi partiya təşkilatlarına sədr seçiliblər.