YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sədaqət Vəliyeva: Litva Respublikasının Prezidentinin Azərbaycana səfəri məhsuldar və səmərəli keçməklə yanaşı, ölkələrimiz arasındakı əlaqələrin inkşafına böyük töhfə verəcək

Dünya dövlətlərinin prezidentlərinin mütəmadi olaraq ölkəmizə səfər etməsi, cənab Prezident İlham Əliyevlə görüşməsi, Azərbaycanın və ölkə başçımız cənab İlham Əliyevin beynəlxalq miqyasdakı yüksək nüfuzunun və gücünün göstəricisidir.

Mayın 18-də Litva Respublikasının Prezidenti Gitanas Nausedanın Azərbaycana rəsmi səfəri, ölkələrimiz arasındakı əlaqələrin daha da inkşaf etməsi baxımından səmərəli və məhsuldar oldu. Bunu Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki,  səfər çərçivəsində keçirilən görüş zamanı Azərbaycan Prezidenti növbəti dəfə ölkəmizin sülhsevər mövqeyini və Cənubi Qafqazı əməkdaşlıq, qarşılıqlı fəaliyyət bölgəsi kimi görmək istəyini lakin Azərbaycanın bütün təşəbbüslərinə baxmayaraq Ermənistan tərəfinin indiyə qədər Cənubi Qafqazda üçtərəfli qarşılıqlı fəaliyyət formatının başlanmasına heç bir maraq göstərmədiyini diqqətə çatdırdı: “Ermənistan tərəfi heç bir əsas olmadan sülh prosesinə mane olmağa çalışır, götürdüyü öhdəlikləri yerinə yetirmir. Azərbaycanın vaxtında işçi qrupu yaratmasına və nümayəndə heyətini ezam etməyə hazır olmasına baxmayaraq Ermənistan tərəfi dəfələrlə razılaşdırılmış görüşü ləğv edib, sərhəddə yeni görüşün keçirilməsindən imtina etmişdir. Əlbətdə Ermənistanın bu məsuliyyətsizliyi regionda sülhə təhdid olmaqla yanaşı həm də ciddi narahatlıq doğurur.”

Ölkəmizin Ermənistana 5 prinsipdən ibarət sülh sazişi təklif etdiyini vurğulayan cənab Prezident İlham Əliyev, bu  sülh sazişinin BMT Nizamnaməsinə, Helsinki Yekun Aktına və bütün beynəlxalq hüquq normalarına tam uyğun olduğunu xüsusi qeyd etdi – deyən Sədaqət Vəliyeva əlavə edib ki, səfər zamanı  Heydər Əliyev Mərkəzində cənab prezident İlham Əliyev və Litva Respublikasının Prezidenti Gitanas Nausedanın iştirakı ilə Azərbaycan-Litva biznes forumunun keçirilməsi ölkələrimiz arasında iqtisadi əlaqələrin inkşafına böyük təkan verəcək. Biznes forumda çıxış edən cənab Prezident İlham Əliyev ölkələr arasındakı güclü siyasi münasibətlərin mövcudluğunu, bu münasibətlərin artıq strateji tərəfdaşlıq səviyyəsinə çatdığını və iqtisadiyyat, ticarət, investisiya və digər sahələrdə də fəal qarşılıqlı əlaqədə olmaq üçün əsl zamanın olduğunu  bildirdi: “Eyni zamanda ölkə başçısı cari ilin dörd ayı ərzindəki inkişaf dinamikasının əsas göstəricilərini diqqətə çatdırdı. Azərbaycan iqtisadiyyatının 7,2 %, qeyri-neft sektorunun 11,4 %, ixracın 85 %, qeyri-neft ixracının 40 % artımı və işsizlik səviyyəsinin 5-6 % təşkil etməsi Azərbaycanda cənab Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən müdrik iqtisadi siyasətin və köklü islahatların nəticəsi və təzahürüdür.

Ümumilikdə Litva Respublikasının Prezidenti Gitanas Nausedanın Azərbaycana səfəri məhsuldar və səmərəli keçməklə yanaşı, ölkələrimiz arasındakı əlaqələrin inkşafına mühüm töhfə verəcək.”