YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ucarda Birinci Qarabağ müharibəsi şəhidi Rövşən Şükürovun doğum günündə xatirəsi anılıb

Ucarda Birinci Qarabağ müharibəsi şəhidi Şükürov Rövşən Əlövsət oğlunun 50 illik yubileyi qeyd olunub.

Yeni Azərbaycan Partiyası Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva, Vətən müharibəsi şəhidi leytenant Elnur Vəliyevin atası Əli Vəliyev, Birinci Qarabağ müharibəsi şəhidi Qadir Məmmədovun oğlu Yusif Məmmədov, Ucar “Came” məscidinin axundu Elnur Rəhimov, Şahlıq kənd tam orta məktəbin müəllim və şagird kollektivi, partiya üzvləri şəhidin Şahlıq kənd qəbiristanlığında məzarını ziyarət edib, önünə tər güllər düzüb, ruhuna dualar oxuyublar.

Həmçinin Rövşən Şükürovla eyni qəbiristanlıqda uyuyan şəhid Cavadov Məzahir Əcayib oğlunun, şəhid Abdullayev Rəyət İslam oğlunun, şəhid Hüseynov Araz Əhmədxan oğlunun və şəhid Niftəliyev Ağasəf Həbibillah oğlunun məzarları da ziyarət olunub.

Tədbir Rövşən Şükürovun orta təhsil aldığı Şahlıq kənd tam orta məktəbində davam edib.

Çıxış edənlər vurğulayıblar ki, şəhidlərin xatirəsi hər zaman uca tutulmalı, şəhidlərimiz gənc nəsillərə tanıdılmalı, onlara örnək olmalıdır.

Sonra məktəblilərin təqdimatında vətənpərvərlik mövzusunda ədəbi-bədii kompozisiya nümayiş olunub.

Tədbir iştirakçıları şəhidin böyüyüb boya-başa çatdığı evdə açılan ehsan süfrəsində də iştirak ediblər.