YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəmkirdə 18 May - Beynəlxalq Muzeylər Gününə həsr olunmuş tədbir keçirilib

Şəmkir Tarix Diyarşünaslıq muzeyində 18 May - Beynəlxalq Muzeylər Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Cavanşir Pirverdiyev Beynəlxalq Muzeylər Gününün əhəmiyyətindən bəhs edib.

YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev bu əlamətdar günün yaranma tarixindən danışıb, muzey işçilərini təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Şəmkir Regional Mədəniyyət İdarəsinin rəisi Azər Rəcəbov isə çıxışında muzeylərin cəmiyyətin həyatında mühüm rol oynadığını söyləyib.

Tədbir ədəbi-bədii hissə ilə davam edib.

Tədbir çərçivəsində Şəmkir Tarix Diyarşünaslıq muzeyinin kollektivi qonaqları muzeyin fəaliyyəti ilə də yaxından tanış ediblər.

DİGƏR Xəbərlər Arxiv