YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Bərdə rayon təşkilatının fəalları Bərdə Tarix-Diyarşünaslıq Muzeyini ziyarət ediblər

18 May – Beynəlxalq Muzeylər Günü ilə əlaqədar olaraq Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatının fəalları qazi və şəhid ailələri ilə birlikdə Bərdə Tarix və Diyarşünaslıq Muzeyini ziyarət ediblər.

Vətən müharibəsi şəhidlərinin geyim və başqa əşyalarının eksponat kimi xüsusi bir guşədə yer alması ziyarətçilərin böyük marağına səbəb olub.

YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya muzeyin kollektivini əlamətdar gün münasibətilə təbrik edərək, milli mənəvi və tarixi dəyərlərimizin qorunub yaşadılmasında muzeylərin əhəmiyyətindən danışıb.

Muzeyin direktoru Mehriban Əliyeva bildirib ki, 2009-cu ildə açılışında Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirak etdiyi rayon Tarix Diyarşünaslıq Muzeyinin eksponatlarının  sayının artırılması hər zaman diqqət mərkəzindədir. Bildirilib ki, ümummilli lider Heydər Əliyev tərəfindən muzey işinin inkişafı üzrə müəyyən olunmuş prioritetlərin bu gün ölkə rəhbərliyi tərəfindən uğurla davam etdirilir.

“Azərbaycan Bayrağı” ordenli şəhid Xudayar Yusifzadənin anası Radə Qurbanova şəhidlər üçün guşə yaratdıqlarına görə şəhid ailələri adından Muzeyin əməkdaşlarına təşəkkürünü bildirib.