YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Ağdam rayon təşkilatında ƏPT sədrləri ilə görüş keçirilib

Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatında ərazi partiya təşkilatlarının sədrləri ilə növbəti görüş keçirilib. 

Görüş iştirakçıları öncə Yeni Azərbaycan Partiyasının və müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. 

YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev bildirib ki, xalqımız hər zaman Prezident İlham Əliyevin ətrafında sıx birləşib. Bu həmrəyliyin bariz nümunələrindən biri də məhz 44 günlük Vətən müharibəsində öz təsdiqini tapıb. Vurğulayıb ki, məhz Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, rəşadətli Azərbaycan ordusunun əzmi, gücü, hərbi üstünlüyü və xalqımızın birliyi sayəsində tarixi torpaqlarımız işğaldan azad olunub.

Tədbirdə çıxış edən ərazi partiya təşkilat sədrləri Hafiz Əzimzadə, Xanım Əliyeva, Siyavuş Şükürov, Elmir Rüstəmov və başqaları Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən daxili və xarici siyasətin uğurlarından bəhs ediblər.

Sonda YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev ərazi partiya təşkilatlarına tapşırıq və tövsiyələrini verib. Onları rayon təşkilatının fəaliyyətində yaxından iştirak etməyə çağırıb.