YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Gədəbəy rayon təşkilatında partiya fəalları ilə görüş keçirilib

Yeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatında partiya fəalları ilə görüş keçirilib.

Görüşdə çıxış edən YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev bildirib ki, Azərbaycan xalqının ümummilli lideri, dünya səviyyəli siyasi xadim Heydər Əliyev çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir, bənzərsiz şəxsiyyətdir. Tarixin yaddaşında əbədi iz qoymaq hər insana nəsib olmayan böyük xoşbəxtlikdir. Bu yalnız ulu öndər Heydər Əliyev kimi dahi şəxsiyyətlərin qismətinə düşən müstəsna taledir. R.Nağıyevin sözlərinə görə, bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş bu dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir.

Hazırda Azərbaycanın inkişafın yeni mərhələsinə qədəm qoyduğunu deyən R.Nağıyev əlavə edib ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızı erməni işğalından azad edib. Qazanılmış parlaq zəfər ölkəmizin qarşısında yeni imkanlar açır.

Görüşdə vurğulanıb ki, İkinci Qarabağ müharibəsi Azərbaycan gənclərində torpaq, Vətən sevgisinin nə qədər böyük olduğunu ortaya qoydu. Gənclərimiz həm döyüş meydanında, həm də kompüter arxasında informasiya müharibəsində vətənpərvərlik hisslərini nümayiş etdirdilər.

Diskussiya şəraitində davam edən görüşdə gəncləri maraqlandıran suallar cavablandırılıb, onların təklif və ideyaları ətrafında fikir mübadiləsi aparılıb