YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Teymur Musayev: Səhiyyə sahəsində Türkiyənin təcrübəsini öyrənmək və bəhrələnmək Azərbaycan üçün faydalıdır

Qardaş Türkiyəyə ikigünlük səfər zamanı olduqca səmərəli müzakirələr apardıq. Səhiyyənin bütün sahələrində Türkiyənin təcrübəsini öyrənmək və bəhrələnmək Azərbaycan üçün olduqca faydalıdır.

Bunu Azərbaycanın səhiyyə naziri Teymur Musayev Türkiyəyə rəsmi səfərin yekunları ilə bağlı açıqlamasında ifadə edib.

Rəqəmsallaşdırmanın iqtisadiyyatda labüd bir proses olduğunu diqqətə çatdıran nazir Teymur Musayev deyib ki, səhiyyə də iqtisadiyyatın bir sektoru olaraq gələcəyini yalnız rəqəmsallaşdırmanın üzərindən görür. Bu sahədə Türkiyənin təcrübəsi dünyada əvəzsizdir. Türkiyə modeli bu sahədə bütün dünyada liderdir.

Qeyd edək ki, sözügedən səfər çərçivəsində Ankarada nazirlər Teymur Musayev və Fahrettin Koca “Türkiyə Respublikası Səhiyyə Nazirliyi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi arasında 2022-2023-cü illər üçün Əməkdaşlıq üzrə Yol Xəritəsi”ni imzalayıblar.