YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Serbiyanın Baş naziri Dövlət Bayrağı Meydanı ilə tanış olub

Azərbaycanda rəsmi səfərdə olan Serbiyanın Baş naziri Aleksandr Vuçiç aprelin 15-də Dövlət Bayrağı Meydanı ilə tanış olub.
Serbiyanın Baş nazirinə Bayraq Meydanı və onun ərazisində həyata keçirilən abadlıq, tikinti-quruculuq işləri haqqında məlumat verilib.
Sonra Dövlət Bayrağı Muzeyi ilə tanış olan Aleksandr Vuçiçə burada nümayiş etdirilən eksponatlar barədə məlumat verilib.
Serbiyanın Baş naziri muzeyin fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.
Sonda qonağa xatirə hədiyyələri təqdim edilib.